O qadın axı niyə, nə səbəbə öldü?.. axı o niyə öldü?.. “Utancaq qız” Dostoyevskinin kiçik həcmli olmasına baxmayaraq, özündə dərin duyğular birləşdirən maraqlı əsərlərindən biridir. Burada məzlum, yetim, azyaşlı bir qızın acınacaqlı həyat hekayəsindən bəhs olunur. Onun xalaları onu özündən qat-qat böyük bir qocaya satıb, başlarından atmaq istəyirlər. Elə bu anda qıza dərin məhəbbətlə vurulan xilaskarı peyda olur və bu əziyyətlərdən qurtarır. Elə hadisələrdən də bundan sonra başlanır. Bəs qız öz...
Yoxsul insanlar naz etməyi xoşlayırlar, – təbiətləri belədir.Bunu əvvəllər də hiss edirdim, amma indi tamamilə əmin oldum. Yoxsul adam həmişə göz-qulaqda olur, günəşin işığına da başqa cür baxır, ətrafına şübhəli nəzər salır, yoldan keçəndən də şübhələnir, hər sözə şəklənir, – bəlkə ondan danışırlar? Burası da həqiqətdir ki, yoxsul insan pis qəbul olunur, heçkimdən hörmət görmür, nə edirsən et, bu belədir.