Avropanın güneyində, Adriatik dənizinin sahilindəki Albaniya dövləti ilə Qafqaz Albaniyasını 1100 ilə yaxın bir tarix ayırır. Adları oxşar olan bu ölkələrdə insanlar soyca bir-birinə bağlı olmasalar da görünüşlərində, davranışlarında bir yaxınlıq var. Balkanlardakı bir çox ölkələrlə müqayisədə Albaniyanın Azərbaycanla iqtisadi, siyasi əlaqələri zəifdir. Buna baxmayaraq 20-ci yüzildə Azərbaycanda albanlar yaşamış və ölkənin ictimai-siyasi həyatında izlərini qoymuşlar. Kitaba yol qeydlərim,...
Rusiya Qafqazı işğal etsə də əhalinin müqavimətini tam qıra bilmədi. Azərbaycan türkləri arasında müstəmləkəçilərə qarşı mübarizənin ən geniş yayılmış forması qaçaqçılıq hərəkatı oldu. Qafqazın müxtəlif bölgələrində qaçaqlar 150 ilə yaxın hökumətə müqavimət göstərdilər. Təqib və təzyiqlərə baxmayaraq xalq onları sevdi, şəninə mahnılar qoşdu. Bu kitabda da indiki Ermənistan Respublikası adlanan bölgədə və Naxçıvan Muxtar Respublikasında doğulub XIX-XX yüzilikdə qaçaqlıq və xalq sərkərdəliyi etmiş...
Tarix boyu toplum alışılmış qaydaların dəyişilməsini istəyənləri, fərqli düşünənləri, yenilikçiləri heç də xoş qarşılamamış, əksinə, onları susdurmağa çalışanların, cəzalandıranların tərəfini saxlamışdır. Sovetlər Birliyi dönəmində də belə olmuş, minlərlə insan iqtidarın yanlış siyasətinə etirazını bildirdiyinə görə cəzalandırılmış, haqlarında yanlış bilgilər yayılmış, həqiqət toplumdan gizlədilmişdir. Sovetlər Birliyi çökdükdə arxivlər açılmış, gizlinlər ortaya çıx-mışdır. Varşavada yaradılan...
Kitaba müəllifin Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda və Türkmənistanda keçirilən simpoziumlara gedərkən yolda başına gələn hadisələrdən, eləcə də elmi toplantılarda tanış olduğu araşdırıcılardan, bölgənin yaxın və uzaq keçmişindən, bugünkü ictimai-siyasi vəziyyətindən, Türküstanda yaşayan eyni soylu xalqların birliyinə əngəl olan səbəblərdən bəhs edən yazılar daxil edilmişdir.
Kitaba müəllifin Quzey Qafqaza, Kırıma, Qaqauz Yerinə və Güney Koreyaya gedərkən şahidi olduğu hadisələrdən, eləcə də elmi toplantılarda tanış olduğu araşdırıcılardan, bölgənin yaxın və uzaq keçmişindən, bu günkü ictimai-siyasi vəziyyətindən, eyni soylu xalqların birliyinə əngəl olan səbəblərdən bəhs edən yazılar daxil edilmişdir.